Rəsmi İrəvandan Azərbaycanla sülh sazişi ilə bağlı DAHA BİR AÇIQLAMA

Hazırda oxunan: Rəsmi İrəvandan Azərbaycanla sülh sazişi ilə bağlı DAHA BİR AÇIQLAMA

218442

İndiki zamanda Azərbaycanla sülh sazişi ilə bağlı bütün maddələrin razılaşdırılması üçün imkanlar var.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi belə görüşləri dialoq üçün müsbət dəyərləndirir.

"Biz yaxın zamanda baş verən proseslərin və sülh müqaviləsinin imzalanmasının reallığa çevrilməsi üçün hazırıq. Düşünürəm ki, bu cür əlaqələr faydalıdır" - deyə Arutyunyan qeyd edib.

O, sülh müqaviləsinin qalan maddələrinin razılaşdırılması üçün imkan olduğunu da vurğulayıb.

Ermənistanın Bakuda keçiriləcək COP29 sammitində iştirakına gəlincə, Arutyunyan bildirib ki, bu qərara bir çox amillər təsir edə bilər.

Xatırladaq ki, Ermənistanın "Hraparak" nəşri bu gün dərc etdiyi materialında yazıb ki, xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək sammitdə iştirak etmək niyyətindədir.

Ancaq hələlik bununla bağlı rəsmi İrəvan açıqlama verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin