Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya sənədinin imzalanması barədə məlum olduqdan sonra Ermənistanın Xarici İşlər Nazirliyində gərgin bir vəziyyət hökm sürür.
Bizim.Media xəbər verir ki, bu barədə "Qraparak" qəzeti mənbələrinə istinadən yazır.
Nəşr qeyd edir ki, nazir Ara Ayvazyan sənəd haqqında KTMT Nazirlər Şurasının Düşənbədə keçirilən iclasında öyrənib.
Onun müavini Avet Adonts Gorusdə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin razılaşmanın hazırlanmasından xəbərdar olmadığını söyləyib. Nazirlikdə indi Paşinyanın davranışından son dərəcə narazıdırlar. Ayvazyan və müavinləri istefa barədə düşünürlər.
Qəzetin yazdığına görə, Düşənbədə Ayvazyan digər ölkələrdən olan həmkarlarına İrəvana gəldikdən sonra istefa məktubu yazacağını söyləyərək vidalaşıb. Hakimiyyət, öz növbəsində onun istefasının qarşısını almağa çalışır.
"Qraparak" qeyd edir ki, Ayvazyan sənədin hazırlanmasında ümumiyyətlə iştirak etməyib, bu prosesə təhlükəsizlik qüvvələri cəlb olunub.
Bəzi şayiələrə görə, Nikol Paşinyan diplomatik korpusla gizli danışıqlar aparıb, bunları yalnız Baş nazirin müavini Tiqran Avinyan və Baş nazir administrasiyasının rəhbəri Arsen Torosyan bilib.
Sənədə görə Paşinyanın Qazaxdakı 6 kəndi, Naxçıvandakı Kərki kəndini və bir neçə vacib yüksəkliyi Azərbaycana təhvil verəcəyi barədə şayiələr dolaşır.
Bizim.Media
- A-
- A
- A+
Region
10:40 / 21.05.2021
Ermənistan Xarici İşlər Nazirliyi Paşinyandan narazıdır - Ayvazyanın istefası
Hazırda oxunan: Ermənistan Xarici İşlər Nazirliyi Paşinyandan narazıdır - Ayvazyanın istefası
Hazırda oxunan: Ermənistan Xarici İşlər Nazirliyi Paşinyandan narazıdır - Ayvazyanın istefası
21842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.