“Rusiya sərhədçilərinin İran və Türkiyə sərhədindən çıxarılması müzakirə edilmir” - Armen Abazyan

Hazırda oxunan: “Rusiya sərhədçilərinin İran və Türkiyə sərhədindən çıxarılması müzakirə edilmir” - Armen Abazyan

218185

“İrəvan hələ ki, Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini gündəmə gətirmək niyyətində deyil”.

Bizim.Media Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən mümkün geri çəkilməsini şərh edərkən deyib.

“Ermənistanın Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində təkbaşına xidmət göstərməyə qadirdirmi” sualına Abazyan belə cavab verib: “Mərhələli variantda, bəli, lakin hazırda belə bir həll yoxdur”.

O, bəyan edib ki, 2025-ci il yanvarın 1-dən etibarən Ermənistan sərhədçiləri Aqarak keçid məntəqəsində xidməti tam müstəqil şəkildə həyata keçirəcəkləri barədə ilkin razılıq olub: “Hazırda Ermənistan və Rusiya arasında Ermənistan-İran sərhədində birgə xidmətlə bağlı müzakirələr gedir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin