Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqladı

Hazırda oxunan: Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqladı

218040

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. 

Qalan iki məntəqədən birinin nəticələri ləğv olunub, digərinin protokolları isə hələlik MSK-ya təqdim edilməyib.
 

Məlumata görə, “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası - Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb.


“Birlik – Milli hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, "Güclü Gürcüstan - Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin