“Nikol Paşinyan erməni xalqı ilə alçaq bir oyun oynamağı düşünür”.
Bizim.Media xəbər verir ki, bu sözləri özünün “Telegram” hesabında Rusiyanın erməni əsilli mediamaqnatı Aram Qabrelyanov yazıb. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında iki sənəd hazırlanır:
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Qarabağda sabit sülhə ehtiyacımız var və bu yolla gedəcəyik"
“Sənədlərdən biri demək olar ki, heç nə barədə heç nədir. Yəni, bütün pisliklərə qarşı və ancaq yaxşılıq naminə məsələləri əhatə edir. İkinci məxfi protokol isə torpaqların verilməsi ilə (Azərbaycana qaytarılması) bağlıdır.
Bununla yanaşı gizli protokolda İrəvan “Artsax”a iddiasından da imtina etməlidir. Bu məxfi protokolu Paşinyanla həyat yoldaşı (Anna Akopyan) hazırlayır.
Bu işdə Ermənistanın müdafiə naziri Vaqarşak Artyunyanın və azərbaycanlıların süfrəsinin artığı ilə dolanan Karapetyanın da əli var. Xarici İşlər Nazirliyi, şəxsən Ara Ayvazyan isə sənədlərin hazırlanma prosesindən uzaqlaşdırılıb”.
Paylaşımın sonunda Qabrelyanov eyni kökə sahib olduğu Paşinyangilin soyunu təhqir edib.
Bizim.Media