Paşinyan: “Sülh müqaviləsində ərazi iddialarının olmaması ilə bağlı razılıq əldə olunub” – VİDEO

Hazırda oxunan: Paşinyan: “Sülh müqaviləsində ərazi iddialarının olmaması ilə bağlı razılıq əldə olunub” – VİDEO

217590

“İrəvan və Bakı sülhün əsasını yaratmaq üçün bütün fundamental məsələlərdə razılığa gəliblər. Bakı ilə sülh müqaviləsi layihəsi ən azı 80-90 faiz razılaşdırılıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach / BRICS+” formatında çıxışı zamanı Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan səsləndirib.

Onun sözlərinə görə, Ermənistan onun ərazisindən keçən beynəlxalq nəqliyyat kommunikasiyaların və boru kəmərlərinin açıqlamsında maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə təmin etməyə hazırdır.

Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycana sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları vasitəsilə Naxçıvanla əlaqəni təmin etməyi təklif edib.

O, İrəvanın Azərbaycanla sülh müqaviəsi imzalamağa hazır olduğunu bildirib:

"Bakı ilə sülh müqaviləsində ərazi iddialarının olmaması, gücdən istifadə etməmək və diplomatik münasibətlərin qurulması ilə bağlı mətnlər razılaşdırılıb".

Xatırladaq ki, bu gün Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach / BRICS+” formatının ilk plenar iclası keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin