Ermənistan parlamenti Azərbaycanla bağlı bu sənədi qəbul etdi

Hazırda oxunan: Ermənistan parlamenti Azərbaycanla bağlı bu sənədi qəbul etdi

217367

Ermənistan parlamenti sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının fəaliyyətinin əsasnaməsi layihəsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri yazıb.

Mənbə qeyd edir ki, 67 deputat lehinə səs verib. Müxalifətdə olan “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları sənədin gələcəkdə anti-dövlət güzəştlərinə haqq qazandırmaq məqsədi daşıdığını hesab edərək müzakirə və səsvermədə iştirak etməyiblər.
 

Bundan əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan müxalifətin hərəkətlərini "məsuliyyətdən qaçmaq" adlandırıb.


“Müxalifət hər dəfə, hətta əleyhinə səs vermək əvəzinə, məsuliyyətli qərarlar qəbul etməkdən yayınmağa üstünlük verir”, - deyə deputat bildirib.

Qeyd edək ki, sentyabrın 26-da Ermənistan Konstitusiya Məhkəməsi SSRİ-nin dağılması zamanı istifadə edilən xəritələrə istinad edərək delimitasiya komissiyasının əsasnamə layihəsini Konstitusiyaya uyğun hesab edib. Oktyabrın 21-də Parlamentin Xarici əlaqələr komissiyası reqlamenti təsdiq edərək deputatların müzakirəsinə göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin