“Ermənistan ərazilərinin verilməsindən söhbət gedə bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri yanında Diaspor işləri üzrə ali komissar Zare Sinanyan hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
Mikael Minasyan Azərbaycan-Ermənistan sərhədi ilə bağlı sənəd paylaşdı - FOTO
Sinanyandan hökumətin Tavuş və Ararat vilayətlərindəki bir neçə kəndin Azərbaycanın nəzarətinə verilməsi barədə sənədi müzakirə edib-etmədiyi soruşulub.
O, buna bənzər bir şeyi ilk dəfə eşitdiyini deyib.
Xatırladaq ki, Vatikandakı keçmiş səfir, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması müqabilində sərhəd və ərazi güzəştlərinin yeni prinsipləri ilə razılaşdığını söyləyib.
Keçmiş səfir, həmçinin indi təsdiq mərhələsində olan üçtərəfli sənədin fotosunu yayımlayıb. Minasyan sənədin gizli hissəsinin də olduğunu iddia edib.
Nikol Paşinyan isə bu gün həmin sənədin varlığını təsdiqləyib və Minasyanı Azərbaycanın agenti adlandırıb.
Bizim.Media