Simonyan: "Qarabağ həmişə Azərbaycanın ərazisi olub və indi də belədir"- VİDEO

Hazırda oxunan: Simonyan: "Qarabağ həmişə Azərbaycanın ərazisi olub və indi də belədir"- VİDEO

217202

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də belədir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan parlament tribunasında müxalifətçi daşnak deputat Qeqam Manukyanla şifahi mübahisə zamanı bildirib.

“Siz hansı əsasla deyirsiniz ki, Azərbaycanın "Artsax"a (Qarabağdakı keçmiş qondarma rejim nəzərdə tutulur - red.) hücum etmək hüququ var və BMT-nin qətnamələri buna icazə verib?”, - deyə Manukyan Simonyandan soruşub.

“Mən başa düşürəm ki, siz hər bir sözdən yapışıb bunun üzərində tezislər qurmağa, nəyisə sübut etməyə çalışırsınız. Amma fakt faktlığında qalır ki, bəhs etdiyimiz bu ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi belədir”, - deyə Ermənistan parlamentinin spikeri cavab verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin