Hazırda müxtəlif sərhəd bölgələrində Ermənistan ərazisində ümumilikdə 500-600 Azərbaycan əsgəri var.
Bizim.Media xəbər verir ki, bu barədə cümə axşamı hökumətin iclasında Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Zəngəzur (Sünik) və Göyçə (Geqarkunik) mahallarının Azərbaycanla sərhədindəki əməliyyat vəziyyəti dəyişməyib, gərgin olaraq qalır.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ - Paşinyan təsdiqlədi - “Azərbaycanla yeni sənəd imzalanacaq”
“Ermənistan ordusunun məntiqi vəzifəsi düşmənin hərəkətlərini məhdudlaşdırmaqdır. Vəziyyətin siyasi baxımdan nəzarətdən çıxmasına imkan verməməliyik”. “Armeniasputnik.am” saytı Paşinyanın dediklərindən sitat gətirir.
Haşiyə: Əgər Nikol Paşinyan həmin ərazilərin Ermənistana aid olduğunu iddia edirsə, onda Qarabağda kök salan erməni hərbçilərinin sayı haqda niyə bilgi vermir. Onların sayı isə 600 nəfər deyil, on minlərlədir.
Bizim.Media