Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu 19 may axşamı Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışaraq Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya və Ermənistan müdafiə nazirləri sülhməramlılarla bağlı danışıqlar apardı - SON DƏQİQƏ
"Söhbət əsnasında Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentin fəaliyyəti, qarşılıqlı maraq doğuran digər mövzular müzakirə predmeti olub”. Nazirliyin press relizində belə deyilir.
Xatırladaq ki, mayın 17-də də hər iki nazirin telefon danışığı olub. Bölgədəki vəziyyət müzakirə edilib. İnformasiya “armeniasputnik.am” saytında yer alıb.
Bizim.Media