Simonyandan ETİRAF: “Azərbaycanın Qarabağda əməliyyatı qanuni idi”

Hazırda oxunan: Simonyandan ETİRAF: “Azərbaycanın Qarabağda əməliyyatı qanuni idi”

216856

“Azərbaycanın Qarabağdakı əməliyyatı BMT qətnamələrinə əsaslandığı üçün beynəlxalq hüquq baxımından qanuni olub”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan “Azatutyun”a müsahibəsində bildirib.
 

Simonyan “Azərbaycanın guya Ermənistan ərazilərini işğal etmək hüququ” ilə bağlı təxribat xarakterli sualı cavablandırarkən bildirib ki, “Qarabağa hücum və Ermənistan ərazilərinin işğalı hüquq baxımından fərqli şeylərdir. Azərbaycan Qarabağda əməliyyat keçirdi, bunun üçün isə BMT-nin ən azı 3-4 qətnaməsi var idi”.


Simonyan qeyd edib ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsinə çalışırlar: “Biz (İrəvan və Bakını nəzərdə tutur - red.) sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Məhz Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən ölkələr bunu istəyirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin