Rusiyada yuxusuzluqla mübarizə üçün eynək hazırlanır

Hazırda oxunan: Rusiyada yuxusuzluqla mübarizə üçün eynək hazırlanır

21680

Rusiyanın “Tekhmash” konserni gələn il sirkad rejimini tənzimləyən xüsusi eynək istehsalına başlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, eynək yuxusuzluqla mübarizəyə və gündəlik bioritmləri bərpa etməyə imkan verəcək.

Eynəklər Samara Elektromexanika zavodunda istehsal olunacaq.

Qeyd edilir ki, “Blue Sky pro” eynəklərinin səhər 6-dan 10-a, axşam 14-dən 18-ə qədər buraxdığı işıq spektri günəş işığına bənzəyir. O, “daxili bioloji saat”dan məsul olan beyin hüceyrələrini aktivləşdirir. Nəticədə bədən gecə rejimindən gündüz rejiminə keçir.

Eynəyi yuxu və oyaqlıq dövrünü tamamilə bərpa etmək üçün göstərilən saatlarda gündə yarım saat taxmaq lazımdır.

Zavodun baş direktoru Vasili Muxin bildirir ki, eynəkdən yayılan işıq eyni zamanda saat qurşağını dəyişdirmə vərdişini asanlaşdırmalı və əhvalı yaxşılaşdırmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin