Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 233 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusun son STATİSTİKASI
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 min 683 nəfər test edilib, onların 11 min 553-nün koronavirus testi pozitiv nəticə verib, 9 min 271 nəfər sağalıb, 2 min 162 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 45 min 419 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 151 min 038 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 980 min 516 nəfəri müalicə olunaraq evə buraxılıb.
Bizim.Media