“Ermənistan eyni vaxtda bir neçə kresloda oturmağa çalışır” - Andrey Bıstritski

Hazırda oxunan: “Ermənistan eyni vaxtda bir neçə kresloda oturmağa çalışır” - Andrey Bıstritski

216339

“Ermənistan indiki rəhbərliyi qəribə manevrlər edir, müxtəlif qüvvələr arasından sürüşüb çıxmağa çalışır. Bundan əlavə, Paşinyan Ermənistanı müstəqil ölkə kimi təqdim etmək istəyir. Qərb isə bundan istifadə edir. Daha doğrusu, rəsmi İrəvan özü də çalışır ki, Qərb Ermənistandan istifadə etsin. Beləcə, Ermənistan bu gün birtəhər bir neçə kresloda oturmağa çalışır. Amma belə hiylə heç də həmişə yaxşı bitmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Valday klubu” Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski yerli mətbuata müsahibəsində deyib. 

O bildirib ki, İrəvanın bəzi MDB ölkələri ilə məsafə yaratmağa, onlardan uzaqlaşmağa çalışdığı açıq şəkildə görünür:

“Amma Ermənistan tamamilə uzaqlaşmaqdan qorxur. Çünki iqtisadi və texniki cəhətdən bu mümkün deyil. Bir sözlə, rəsmi İrəvan çox şeylər deyir və aktiv siyasi ritorika aparır. Qərb də Cənubi Qafqazda parçalanma yaratmaq üçün İrəvanın bu cür gedişlərindən istifadə etməyə çalışır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin