“Paşinyanın "sülhün kəsişməsi” layihəsinin reallıqla əlaqəsi yoxdur” – Sergey Markov

Hazırda oxunan: “Paşinyanın "sülhün kəsişməsi” layihəsinin reallıqla əlaqəsi yoxdur” – Sergey Markov

216155

“İrəvanın planına görə, Rusiyanın bölgədən sıxışdırılması onun Zəngəzur dəhlizi layihəsindən kənarda saxlanılması deməkdir. Bundan əlavə, o, Qərbin dəstəyi ilə bütün platformalarda fəal şəkildə təbliğ etdiyi layihəni özünün “sülhün kəsişməsi” ilə əvəz etmək istəyir. Amma mən onun təbliğatını daha çox siyasi alət adlandırardım. Qonşularımız - Azərbaycan və Türkiyə ilə sülh olmadan belə bir layihənin həyata keçirilməsi mümkün deyil. Bu daha çox mücərrəd bir layihədir. Bunun reallıqla əlaqəsi yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov yerli KİV-lərə müsahibəsində deyib. O əlavə edib ki, Ermənistan qətiyyən yol qovşağı deyil:

“Üstəlik, Ermənistan dənizə çıxışı olmayan, qonşularla anormal münasibətləri olan ölkələrlə əhatə olunmuş ucqar ölkədir. “Sülhün kəsişməsi”nin indiki vəziyyəti Ermənistana heç nə qazandırmır. Hətta Qərbin dəstəyi ilə bu layihənin perspektivi yoxdur. İnanıram ki, Paşinyan özü də yaxşı başa düşür ki, bütün bunlar zəif hücum taktikasıdır.

Nikol Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixlərində imzaladığı üçtərəfli bəyanatı rədd etmək istəyir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın bəyanatdan öz imzasını geri çəkmədiyini desə də, yenə də nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması üzrə işlərin irəliləməsinə mane olduğuna eyham vurub”.

Sergey Markov əlavə edib ki, biz Rusiya sərhədçilərinin Ermənistandakı mövqelərinin tədricən zəiflədiyini görürük:

“Rusiya sərhədçiləri 1992-ci ildən Ermənistan sərhədlərini qoruyur. Məlum olduğu kimi, ötən həftə Putinlə Paşinyan arasında Moskvada keçirilən görüşdən sonra İranla sərhəddə yerləşən keçid məntəqəsində bundan sonra Rusiya sərhədçiləri deyil, sırf erməni sərhədçiləri xidmət göstərəcək. Həmçinin Ermənistanın nümayəndələri də Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinin mühafizəsi üçün Rusiya sərhədçilərinə qoşulacaqlar.

Bu, tamamilə məntiqli bir addım kimi görünür. Lakin İrəvanın ümumi qərbyönümlü siyasəti fonunda bu, təbii olaraq növbəti ardıcıl anti-Rusiya addımı kimi görünür. Burada Rusiyanı Ermənistandan tamamilə çıxarıb və Qərb ölkələrini NATO hərbi bazalarını yerləşdirməyə dəvət etmək niyyəti hiss olunur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin