Amerikalı analitik: “Ermənistan Qərbin qapısı arxasında qalan ölkəyə çevrilib”

Hazırda oxunan: Amerikalı analitik: “Ermənistan Qərbin qapısı arxasında qalan ölkəyə çevrilib”

215859

Amerikalı analitik, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovnik-leytenantı Ceyk Sotiriadis hesab edir ki, Qərbin Ermənistana qarşı hərtərəfli strategiyası yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Mediamax nəşrində yer alıb.

Onun sözlərinə görə, Ermənistan olduqca qeyri-sabit regionda kiçik, həssas bir ölkədir və ümidsiz şəkildə təhlükəsizliyi üçün təminatçı axtarır:

“Ermənistan üçün vizaların liberallaşdırılması və Aİ-yə daha geniş çıxış vədləri hələ də reallaşmayıb. Bu, Qərbi Balkanlarda gördüyümüz mənzərəyə bənzəyir. İndi də Ermənistana şox vədlər edilir, lakin o, qapının arxasında qalan ölkəyə çevrilib”.

Analitik qeyd edib ki, Qərb bu regionlarda etimadı saxlamaq istəyirsə, öz yanaşmasını yenidən nəzərdən keçirməli və real strateji addımlar atmalıdır.

“Enerji təchizatında demək olar ki, 100% Rusiyadan asılı olan Ermənistan üçün Moskvadan “uzaqlaşmaq” heç də asan məsələ deyil”, - Sotiriadis qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin