Erməni ekspert Zəngəzur dəhlizi haqda: Ermənistan özünü incimiş yeniyetmə kimi aparır

Hazırda oxunan: Erməni ekspert Zəngəzur dəhlizi haqda: Ermənistan özünü incimiş yeniyetmə kimi aparır

215382

Rəsmi mənbələrdən bəlli olur ki, Zəngəzur vasitəsilə kommunikasiyaların açılması ilə bağlı ciddi problem var və hazırda Ermənistan özünü kifayət qədər düzgün aparmır.

Bizim.Media xəbər verir ki, bunu erməni jurnalistlərlə söhbətində “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vaqe Ovannisyan deyib.

“Düzgün aparmamaq ondan ibarətdir ki, Ermənistan beynəlxalq arenada müttəfiqlər qazana bilmir. Bu məsələ (Zəngəzurdan kommunikasiyaların açılması - red.) kənardan dəstək olmadan həll edilə bilməz. Müharibədən sonra bunu müstəqil şəkildə həll etmək üçün çəkimiz və imkanımız yoxdur. Azərbaycanda isə bu resurs var.

Hazırda bizə sərfəli variantları hesablamalıyıq, tərəfdarlar tapmalıyıq.

Biz özümüzü incimiş bir yeniyetmə kimi aparırıq, hamını rədd edirik və nəticədə bölgədə partlayışabənzər bir vəziyyət yaranıb. Buna görə özümüz günahkarıq. Biz İlham Əliyevin səbri ilə oynayırıq”, - Ovannisyan bildirib.

Onun sözlərinə görə, Moskvada baş verənlər göstərdi ki, iki böyük ölkə - Azərbaycan və Rusiya Ermənistanın “Sülhün kəsişməsi” ideyasından imtina etdi. Onlar deyirlər ki, bu, yaxşı ideyadır, lakin bu, sülh deyil, münaqişə mənbəyidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin