Şərti sərhədin Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur.
Bizim.Media xəbər verir ki, bunu Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə deyib.
Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
10:54 / 09.10.2024
Baş qərargah rəisindən XƏBƏRDARLIQ: "Ermənistandakı Aİ missiyası vəziyyəti gərginləşdirir"
Hazırda oxunan: Baş qərargah rəisindən XƏBƏRDARLIQ: "Ermənistandakı Aİ missiyası vəziyyəti gərginləşdirir"
Hazırda oxunan: Baş qərargah rəisindən XƏBƏRDARLIQ: "Ermənistandakı Aİ missiyası vəziyyəti gərginləşdirir"
215247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.