“Rüstəm Muradovun səlahiyyətləri Paşinyandan çoxdur” - Şarmazanov

Hazırda oxunan: “Rüstəm Muradovun səlahiyyətləri Paşinyandan çoxdur” - Şarmazanov

21522

“Ermənistanda hakimiyyət yoxdur. Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən xunta rejimi İrəvan hökumətini təmsil edir”

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri, hazırda müxalif “Respublika Partiyası”nın mətbuat katibi olan Eduard Şarmazanov deyib. Onun sözlərinə görə Ermənistanın suverenliyi də sual altındadır:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir


“Bu gün Rüstəm Muradovun səlahiyyətləri Nikol Paşinyandan çoxdur. Ermənistanda hakimiyyət yoxdursa, deməli başçısı da mövcud deyil. Ancaq özünün facebook canlıları ilə insanları çaşqınlığa salan bir təlxək var. Paşinyan deyir ki; danışıqları Muradov aparmalıdır. Çünki biz KTMT-yə müraciət etmişik. Sual vermək istəyirəm ki, KTMT-yə niyə müraciət etmisən?

Məgər sənin öz Silahlı Qüvvələrin, Müdafiə Nazirliyin, Milli Təhlükəsizlik Xidmətin yoxdur?

Snayperlərlə parlamentə gedirsən, onları Zəngəzura (Sünik) yollaya bilmirdin? Sərhədlərimizi qoruyardılar. Amma onlar üçün bura vətən deyil. Erməni xalqı, buna nə qədər dözəcəksiniz? O vaxtacan gözləyəsiniz ki, türk sizin yataq otağında çay içməyə girsin?”

Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Qriqoryan deyir ki, Azərbaycan erməni cəmiyyətində özünün qələbə qazandığı barədə düşüncə toxumları səpmək istəyir.

Bu nə bəyanatdır? Məgər Azərbaycan zəfər çalmayıb? Azərbaycan qələbə qazanmayıbsa, Paşinyanla Şuşadakı festivala qatılardılar da. Bakı udmayıbsa, Hadrut, Talış, Suqovuşana səfər edin də”.

Müxalifətçi Şarmazanov Paşinyanın siyasəti nəticəsində Ermənistanın Türkiyə vilayətinə çevrildiyini də bildirib. Sonda vurğulayıb ki, iyunun 20-də Paşinyana səs vermək Azərbaycanın lehinə qərar çıxarmaq kimi bir şeydir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin