Rusiya prezidenti Vladimir Putin yay tətilini tam şəkildə keçirməyəcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri prezidentin sözçüsü Dmitri Peskov səsləndirib.
"Tam tətil... Onun planlarını bilmirəm, əminliklə vurğulamaq istəyirəm ki, olmayacaq. O, normal iş fəaliyyətindən bir neçə gündən çox uzaqlaşa bilməz.
MÖVZU İLƏ BAĞLI:
Putin Krımı, Soçini sevsə də Sibirdə dincəlməyi üstün tutur - PESKOV - VİDEO
Dövlət başçısının vəzifəsi buna sadəcə icazə vermir. Ona görə də belə tətil planı yoxdur”, deyə o, qeyd edib.
Rusiya lideri, bir qayda olaraq yalnız bir neçə gün dincəlir.
Peskov əlavə edib ki, hazırda prezidentin müəyyən yerləri ziyarət etmək üçün konkret planlarından xəbərdar deyil.
Xatırladaq ki, son dəfə Putin mart ayında istirahət etmişdi. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət etmişdi. Putin və Şoyqu Sibirdə olmuşdular, tayqada gəzintiyə çıxmışdılar.
Bizim.Media