Rəsmi Bakıdan Ermənistana ŞƏRT: Normallaşma və qarşıdurma arasında seçim etməlidir

Hazırda oxunan: Rəsmi Bakıdan Ermənistana ŞƏRT: Normallaşma və qarşıdurma arasında seçim etməlidir

214744

Azərbaycan tərəfi Ermənistanı pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyin Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan və Fransanın təxribatçı addımlarının iflasa uğramasına dair bəyanatında yer alıb.

Bildirilib ki, Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir:

“Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin