Ermənistan təzminat əvəzinə torpaq verə bilərmi? – Xarici ekspertlərdən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Ermənistan təzminat əvəzinə torpaq verə bilərmi? – Xarici ekspertlərdən ÖZƏL AÇIQLAMA

214380

“Azərbaycan hökuməti Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırıb. Proseslər gedir. Lakin bu proseslər müəyyən vaxt tələb edir. Yalnız onu deyə bilərik ki, istintaq zamanı əldə etdiyimiz sübutlar zəruri olan hallarda beynəlxalq məhkəmələrdə istifadə olunması üçün təqdim edirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri 1 oktyabr tarixində jurnalistlərə açıqlamasında Azərbaycan Baş Prokuroru Kamran Əliyev deyib.

Məlum olduğu kimi, 30 ilə yaxın davam edən işğal dönəmində Azərbaycana milyardlarla dollar dəyərində zərər dəyib. Hazırda Ermənistanın Azərbaycana ödəməli olduğu təzminat isə onun dövlət büdcəsini dəfələrlə aşır. Lakin beynəlxalq təcrübəyə əsasən təzminat ödəməyə gücü çatmayan Ermənistan sözügedən zərəri torpaq verərək də təmin edə bilər.

Bizim.Media mövzu ilə bağlı xarici ekspertlərin fikirlərini öyrənib.

“Azərbaycana dəyən zərər milyardlarladır”.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Azərbaycanın Ermənistandan təzminat tələbi ədalətli tələbdir:

“Azərbaycanın Qarabağın, eləcə də Qarabağ ətrafındakı 7 rayonun işğalı zamanı Ermənistanın vurduğu külli miqdarda ziyana görə İrəvandan təzminat tələb etməsi ədalətli qərardır. İlkin olaraq 30 milyard dollara yaxın zərərdən söhbət gedir. Hesab edirəm ki, 30 milyard hətta cüzi rəqəmdir, çünki bu ziyana ilk növbədə Qarabağ ətrafındakı ərazilərdə mövcud olan nəhəng infrastrukturun dağıdılması və talanması daxildir. Biz Ağdam şəhərində olduq. Oradakı dəhşətli dağıntı erməni işğalı zamanı törədilib. Bundan əlavə, bu həm də təbii sərvətlərin talanmasıdır”, - deyə S.Markov deyib.

Markov əlavə edib ki, əsas problem sözügedən məhkəmələrin ermənipərəst mövqedən çıxış edib-etməyəcəyi ilə bağlıdır.

“Bununla belə, sual yaranır ki, beynəlxalq məhkəmələrin ədalətli olduğuna inanmaq olarmı? ABŞ və Avropa Birliyinin bu məhkəmələrə çox güclü təsiri var. Görürük ki, Fransa, Avropa İttifaqı və ABŞ bu gün ədalətsiz ermənipərəst mövqe tutur. Ona görə də düşünürəm ki, problem məhkəmələrlə bağlı olacaq. Lakin bu o demək deyil ki, bu iş heç də əbəs deyil. Ermənistanın işğalı nəticəsində dəyən ziyanın hesablanması işi Azərbaycana qarşı süni iddialar yaradacaq”, - deyə S.Markov əlavə edib.

“Ermənistanın təzminat ödəməyə pulu yoxdur”

Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da hesab edir ki, Azərbaycanın tələbləri haqlı tələblərdir:

“Düşünürəm ki, Ermənistanın 30 milyard dollar təzminat ödəməyə pulu, yoxdur. Eyni zamanda beynəlxalq ictimaiyyətdən kiminsə Ermənistana bu işdə kömək edib-etməyəcəyini görmək lazımdır. Amma təbii ki, təzminat məsələsi ilk növbədə beynəlxalq məhkəmələrin qərarı olmalıdır.

Ermənistanın torpaq sahəsindən imtina etməklə kompensasiya verə biləcəyi məsələsinə toxunmaq fikrində deyiləm. Bu, çox qızışdırıcı olardı. Cavab isə aydındır ki, yox, Ermənistan nəyəsə məcbur olmasa, bunu etməyəcək. Amma sözügedən məsələ Ermənistan və Azərbaycanın sülh müqaviləsinə bu qədər yaxın olduğu indiki zamanın deyil, başqa vaxtın sualıdır”, - deyə M.Brayza bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin