Türkiyənin Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Hazırda oxunan: Türkiyənin Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

214330

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, toplantının əsas mövzularından biri Yaxın Şərqdəki durum olacaq.
 

Müharibənin Livan ərazisinə keçməsi və İranın İsrailə raket zərbələri, həmçinin Türkiyənin mövqeyi iclasda geniş müzakirə olunacaq.


Bundan başqa, toplantıda Azərbaycanla Ermənistan arasında münasibətlər barədə də fikir mübadiləsi aparılacaq.

Həmçinin, Şərqi Avropada davam edən müharibə və terrorla mübarizə də gündəlikdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin