Serj Sarkisyanın kürəkəninin qardaşı nazir vəzifəsindən azad edildi

Hazırda oxunan: Serj Sarkisyanın kürəkəninin qardaşı nazir vəzifəsindən azad edildi

214235

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən azad edilib.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında sərəncam imzalayıb. 

Xatırladaq ki, oktyabrın 1-də Q.Minasyan istefa ərizəsini təqdim edib. Bundan əvvəl isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb.

Ermənistan mediası yazır ki, Minasyanın 2022-ci ildə sözügedən vəzifəyə təyin edilməsi hakim partiyada fikir ayrılığına səbəb olub. Belə ki, Qriqor Minasyan ölkənin Vatikandakı keçmiş səfiri və Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin