Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu

Hazırda oxunan: Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu

214186

Oktyabrın 2-də Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

Bizim.Media  xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. 

Bildirilir ki, yeraltı təkanlar 4,3 bal gücündə olub. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, Gürcüstan orta seysmik fəal zona hesab olunur.

Bu ölkədə ən güclü zəlzələ 1991-ci ildə 7 bal gücündə olub. Zəlzələ nəticəsində 200 nəfər həlak olub, 46 min ev və mindən çox sənaye obyekti dağılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin