İranda rəsmilərin olduğu tədbirə silahlı hücum: Ölənlər və yaralananlar var

Hazırda oxunan: İranda rəsmilərin olduğu tədbirə silahlı hücum: Ölənlər və yaralananlar var

214012

Bu gün Sistan və Bəluçistan əyalətinin Nikşəhr bölgəsində SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələrinin üzvlərinə silahlı basqın törədilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Bəluç Fəalların Kampaniyası” “Telegram” kanalı yayıb.

Mənbə qeyd edir ki, yerli məktəblərdən birində keçirilən tədbirə edilən silahlı hücum nəticəsində dörd nəfər qətlə yetirilib.

Öldürülənlər arasında Nikşəhr Şəhər Şurasının sədri Yusif Şirani, SEPAH komandiri Pərviz Kədxodayi, eləcə də “Bəsic” üzvlərindən Mocib Bəluçi və Seyid Cavad Sadati olub.

Basqın zamanı bir neçə nəfərin də yaralandığı bildirilib. Hələlik silahlı hücumun hansı qruplaşma tərəfindən edildiyi bəlli deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin