Kremldən Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Kremldən Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı AÇIQLAMA

21389

“Rusiya Bakı və İrəvanla daim təmasdadır, Ermənistanla Azərbaycan arasındakı sərhəddəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Bilirsiniz ki, Rusiya və Ermənistan davamlı təmasdadır. Biz də Bakı ilə əlaqə yaradırıq. Rusiya Prezidenti Vladimir Putin üçtərəfli razılaşmaların alternativsiz həyata keçirilməsinin tərəfdarıdır.

İndi gərginliyi aradan qaldırmaq və sabitləşdirmək üçün çalışırıq”. TASS agentliyi Peskovun dediklərindən sitat gətirib.

Peskov Putinin Paşinyandan hərbi kömək barədə məktub alıb-almaması ilə bağlı suala cavab verməkdə çətinlik çəkib. O, qeyd edib ki, "bütün bu məsələlər ikitərəfli təmaslar zamanı dəfələrlə müzakirə edilib”. 

Kremlin sözçüsü Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətin həlli məsələsində Azərbaycan və Ermənistanla daim təmasda olduğunu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin