Dmanisidə situasiya yenidən gərginləşdi - Azərbaycanlıların etirazı başladı - VİDEO

Hazırda oxunan: Dmanisidə situasiya yenidən gərginləşdi - Azərbaycanlıların etirazı başladı - VİDEO

21378

Gürcüstanın şərqində Kvemo Kartli bölgəsində yerləşən Dmanisidə yaşayan azərbaycanlıların etiraz aksiyası keçirilir.

Bizim.Media “Sputnik Georgia”ya istinadən xəbər verir ki, Dmanisidə yerli sakinlər – azərbaycanlılar etiraz edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü siyasətçilər azərbaycanlılara hücumla bağlı bəyanat verdilər - VİDEO


Səhər saatlarından keçirilən aksiyanın əsas tələbi üzrxahlıq və kütləvi dava salanların məsuliyyətə cəlb olunmasıdır.

Agentliyin yaydığı məlumata görə, etirazçı azərbaycanlılar dəyənəklə svanların evini dağıtmaq istəyir. Çünki svanlar həmin dəyənəklərlə əliyalın azərbaycanlılara hücum ediblər. Situasiyanın gərginləşməsinə səbəb isə azərbaycanlıların başlatdığı aksiyaya svanların da dəyənəklə qoşulmasıdır. Əraziyə polis cəlb olunub. Vəziyyəti nəzarətə götürmək istəyən polis daşlanıb. Asayiş keşikçiləri arasında xəsarət alanlar olsa da, qanunsuz aksiyaya qoşulan bir neçə nəfər saxlanılıb. Dmanisiyə əlavə hüquq-mühfizə orqanları da gətirilib. Faktla bağlı istintaq başlayıb. 

Aksiyadan görüntüləri təqdim edirik:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin