Ortaq postların yaradılması ilə bağlı razılığın əldə edildiyi, başqa sözlə türklərin (azərbaycanlılar nəzərdə tutulur) istədiklərinə nail olduqları barədə məlumatlar var.
Bizim.Media xəbər verir ki, bu barədə keçmiş baş nazir Qrant Baqratyan özünün Facebook səhifəsində yazıb.
“Zəngəzur mahalında (Sünik) problemin həll olunduğu barədə mediaya məlumat verildi. Ancaq ortaq bir post yaratmağa razı olduqları barədə məlumatımız var. Yəni türklər (azərbaycanlılar) istədiklərinə nail oldular. Hələ də əllərində hündürlüyə sahib olduqları postlar var. Demarkasiya aparılana qədər belə olacaq. Toyuq beyinli insanlar da yaxın illərdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası olmayacağını başa düşürlər. Bu proseslər yalnız Sünik tamamilə “yeyiləndən” sonra başlayacaq. İndi qanuniləşdirdiyimiz bir razılaşma nəticəsində ərazilərimizdədirlər. Torpağı təslim edən yenidən torpaq verdi”. “News.am” saytı Baqratyanın dediklərindən sitat gətirib.
O, paylaşımında prezidenti sərt tənqid edib:
“Birbaşa vəzifəsi ilə deyil, ailəsinin biznesini aparmaqla məşğuldur”.
Baqratyan Sünikdəki vəziyyətin həll edildiyini deməyə tələsən bəzi müxalifətçiləri də qınayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:18 / 17.05.2021
Qrant Baqratyan: “Azərbaycanlılar Zəngəzurda istədiklərinə nail oldular”
Hazırda oxunan: Qrant Baqratyan: “Azərbaycanlılar Zəngəzurda istədiklərinə nail oldular”
Hazırda oxunan: Qrant Baqratyan: “Azərbaycanlılar Zəngəzurda istədiklərinə nail oldular”
21356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.