Basarkeçər rayonunun (indiki Geğarkunik vilayəti) Zərkəndində (indiki Kut) yaşayan ermənilər bərk qorxuya düşüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, guya kənddəki mülki obyektlər Azərbaycan hərbçiləri tərəfindən hədəfə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan TƏŞVİŞDƏ - “Bilirdilər ki, Xankəndidən görüntüləri izləyirik” - VİDEO
Onların fikrincə, yerli sakinlərin, xüsusən uşaqların hüquqları kobud şəkildə pozulub. Ermənistan Ombudsmanı Arman Tatoyan kəndə səfərinin ilkin nəticələrini yekunlaşdıraraq “Facebook”da paylaşım edib.
Tatoyanın sözlərinə görə, sakinlərin bir çoxu otlaqdan, torpaq sahələrini suvarmaq üçün su mənbələrindən istifadə edə bilmir.
Ermənistan Ombudsmanı Azərbaycanla sərhəddə təhlükəsizlik zonası yaratmağın zəruriliyini deyib.
Xatırladaq ki, Göyçə gölünün cənub-şərq sahilindən 18 km aralıda yerləşən Basarkeçərin Zərkəndində 1988-ci ilədək azərbaycanlılar yaşayıb.
Haşiyə: Arman Tatoyan son vaxtlar Azərbaycana iftiralar yağdırmaqla daha çox gündəmə gəlib. O, 30 illlik işğal dövründə hüquqları erməni faşistləri tərəfindən pozulan azərbaycanlı uşaqlar haqda niyə bir kəlmə danışmır.
Bizim.Media