Paşinyanın müavini Qara gölün yaxınlığından foto paylaşıb? – Öz millətini yenə aldadırlar

Hazırda oxunan: Paşinyanın müavini Qara gölün yaxınlığından foto paylaşıb? – Öz millətini yenə aldadırlar

21230

“Dünən Zəngəzur mahalının (Sünik) valisi Melikset Poqosyan və parlamentin deputatları Armen Xaçatryan və Narek Qəhrəmanyanla birlikdə Qara gölə getdik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan Respublikası Baş nazirin müavini vəzifəsini icra edən Tiqran Avinyan Facebook səhifəsində yazıb və foto yayımlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Bu çətin vəziyyətdə Ermənistan təşəbbüsü Azərbaycana verdi” - Tiqran Abramyan


Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin açıqlamasına görə, mayın 12-də səhər sərhədləri dəqiqləşdirmək üçün Azərbaycan Silahlı Qüvvələri Sünikin sərhəd bölgələrindən birində müəyyən işlər görməyə başlayıb.

Elə həmin gün Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırıb və problemin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini söyləyib.

Təhlükəsizlik Şurasının iclası 13 may tarixində keçirilib və Paşinyan KTMT razılaşması çərçivəsində nəzərdə tutulan məsləhətləşmələrə başlamaq üçün təlimat verdiyini bəyan edib.

Haşiyə: Fotodan göründüyü kimi erməni rəsmilərinin olduğu ərazidə Qara göl ümumiyyətlə gözə dəymir.

Bu da bir daha sübut edir ki, Azərbaycan hərbçiləri dövlət sərhədindən geri çəkilməyib. Əks halda ermənilər Qara gölün sahilində şəkil çəkdirərdilər.

Bəs onda niyə Paşinyanın müavini yenə öz millətini aldadır? Açıq şəkildə etiraf etsin ki, həmin göl və ətrafı Azərbaycanın qanuni torpaqlarıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin