Hakan Fidandan İranla bağlı xəbərdarlıq: Yaxın Şərqdəki müharibəyə qoşula bilər

Hazırda oxunan: Hakan Fidandan İranla bağlı xəbərdarlıq: Yaxın Şərqdəki müharibəyə qoşula bilər

212149

İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.

O bildirib ki, bu, istisna deyil: “Biz görürük ki, savaş Livan ərazisinə keçməyə doğru gedir. Daha böyük bir müharibənin başlanma riski var”.

H.Fidan söyləyib ki, bu təhlükənin qarşısını almaq barədə düşünmək lazımdır: “Təəssüf ki, ABŞ nə isə edə bilmir”.

Nazirin sözlərinə görə, Yaxın Şərqdəki müharibənin dayandırılması üçün siyasi iradəyə ehtiyac var: “Biz indi belə bir siyasi iradə görə bilmirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin