Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən iki günlük “Xarıbülbül” musiqi festivalı Ermənistanda təşviş yaradıb. Məlum festivalın keçirilməsi və atəfəşanlığın Xankəndidə izlənilməsi ermənilər arasında qısqanclıqla qarşılanıb.
Bizim.Media xəbər verir ki, Ermənistanın "Esse TV"də yayınlanan "Troye v lodke" verilişində aparıcı Arman Qriqoryan və 30 il Azərbaycanda yaşamış, "Veçernaya Baku" nəşrində müxbir işləmiş İda Martirosyan bu barədə etiraf ediblər.
“Bütün xalq anladı ki, biz artıq uçurumun kənarındayıq. Bu insanlara həqiqətləri necə izah edəsən? Bu gün Ermənistanın 30 faiz əhalisi Nikol Paşinyanı dəstəkləyir. Çünki o vətəni satdı. Dünən Azərbaycan Şuşada musiqi festivalı keçirdi. Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində 3 kilometr irəlilədi. Onlar Şuşada muğam dinləyib çay içiblər və bunu bilərəkdən ediblər. Çünki bilirdilər ki, biz Xankəndidən bu görüntüləri izləyirik. Kimlər ki, görməyib, onlar üçün də videogörüntü ediblər”, deyə erməni fəallarının dialoqunda vurğulanır.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Region
11:29 / 15.05.2021
Ermənistan TƏŞVİŞDƏ - “Bilirdilər ki, Xankəndidən görüntüləri izləyirik” - VİDEO
Hazırda oxunan: Ermənistan TƏŞVİŞDƏ - “Bilirdilər ki, Xankəndidən görüntüləri izləyirik” - VİDEO
Hazırda oxunan: Ermənistan TƏŞVİŞDƏ - “Bilirdilər ki, Xankəndidən görüntüləri izləyirik” - VİDEO
21165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.