ABŞ hərbçiləri Zəngəzurda - Ermənistan MÜHARİBƏYƏ hazırlaşır? - FOTO

Hazırda oxunan: ABŞ hərbçiləri Zəngəzurda - Ermənistan MÜHARİBƏYƏ hazırlaşır? - FOTO

211569

Ameriak Birləşmiş Ştatları "Qartal Tərəfdaşı" ( "Eagle Partner") sülhməramlı təlimləri başa çatdıqdan sonra gözlənildiyi kimi, bütün ordusunu Ermənistandan çıxarmadı, onları gizli şəkildə ölkənin cənubunda – Azərbaycan və İranla həmsərhəd olan Sünik bölgəsində yerləşdirdi. Bakı əmindir ki, Vaşinqton İrəvana siyasi, iqtisadi və xüsusilə hərbi dəstək verməklə yeni müharibənin əsasını qoyur və erməni xalqını revanşizmə təhrik edir."

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov "PolitRus" saytında dərc edilən məqaləsində bildirib.

Politoloq qeyd edib ki, Amerika ordusunun məqsəd və vəzifələri bəyan edilənlərlə uyğunluq təşkil etmir. Belə ki, əvvəllər Avropa İttifaqının monitorinq missiyası adı altında kəşfiyyatçılar bu bölgədə fəaliyyət göstəriblər. Amerikanın hazırda etdiyi də, məhz bunu davam etdirməkdir.

ABŞ hərbçilərinin Azərbaycana qarşı mümkün yeni hərbi əməliyyatlarda birbaşa iştirak edəcəyini gözləmək olmaz (baxmayaraq ki, Ukrayna münaqişəsində də oxşar hallar qeydə alınıb), lakin onları Ermənistan Silahlı Qüvvələrinin hərbi məsləhətçiləri və təlimatçıları hesab etmək olar. Əgər hərbçilərin ardınca Vaşinqton İrəvana müasir hücum silahları göndərməyə başlayarsa, bu, Azərbaycana qarşı gözlənilən müharibənin açıq siqnalıdır.

Arkov bildirib ki, ABŞ hərbçilərinin Ermənistanın cənubunda - İranla sərhəddə olması onların başqa fəaliyyətlərinin (İranla bağlı) olduğu anlamına gələ bilər.

Məqalədə qeyd edilir ki, hələlik bu, kəşfiyyat məlumatlarının toplanmasıdır. ABŞ çalışır ki, İran İslam Respublikasında etiraz əhval-ruhiyyəsi daha da artsın və rejim inqilabla devrilsin.

Bundan başqa, Amerika hərbçiləri (əvvəllər fransızlar kimi) əvvəlcə Sünik bölgəsində, sonra isə Ermənistanın digər bölgələrində 102-ci Rusiya hərbi bazasına alternativ olmaq istəyirlər.

Vaşinqton və Brüssel Ermənistanı KTMT-dən çıxarmaq və Rusiya hərbçilərini öz ərazilərindən qovmaq ümidlərindən əl çəkmirlər. Bu baş verərsə, Rusiyanın müdafiə alyansı dağılacaq və Moskvanın onun üçün tarixi və strateji əhəmiyyət kəsb edən regionda təsiri minimuma enəcək.

Politoloq bildirib ki, Nikol Paşinyanın rəhbərliyi altında olan Ermənistan Cənubi Qafqazda troya atıdır. Qərb hazırki "dostunu" Qafqaz regionunda öz problemlərini həll etmək üçün istifadə edir. İstəklərinə çatdıqdan sonra isə, onu "yandıracaq"lar.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin