Hərbçilərimizin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil - Zaxarova

Hazırda oxunan: Hərbçilərimizin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil - Zaxarova

211024

Regionda vəziyyət tam normallaşmamış, Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhədlərindən çıxarılması Ermənistanın təhlükəsizliyi baxımından məqsədəuyğun deyil.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın Ermənistan hakimiyyətinin ölkənin Türkiyə və İranla sərhədində rus sərhədçilərinin yerləşdirilməsi sələsi üzərində düşünməsi barədə bəyanatını şərh edərkən bildirib.

“Ola bilsin ki, Alen Robertoviç Nikol Vovaeviçin mətbuat konfransını çox yaxından izləməyib. 1992-ci ildə Rusiya sərhədçilərinin Ermənistanda olmasını tənzimləyən əsas sənəd respublikada Rusiya sərhəd qoşunlarının statusu haqqında müqavilədir və bu, müddətsizdir.

Rusiya sərhədçiləri mövcudluqlarının aktuallığını dəfələrlə sübut ediblər. Bu xətt üzrə məhsuldar genişmiqyaslı qarşılıqlı əlaqə qurulub və görünür, bu, İrəvandakı bəzi siyasətçiləri əsəbiləşdirir.

Qonşularla qeyri-sabit münasibətlər şəraitində təhlükəsizlik haqqında düşünməyə dəyər”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin