İranın Zəngəzur FOBİYASI – Tehran “qırmızı xəttinə” görə dostları ilə DÜŞMƏN OLACAQ?

Hazırda oxunan: İranın Zəngəzur FOBİYASI – Tehran “qırmızı xəttinə” görə dostları ilə DÜŞMƏN OLACAQ?

210845

Son dövrlərdə İran Zəngəzur dəhlizinə qarşı ritorikasını daha da gücləndirib. Rəsmi Tehran hətta dost hesab etdiyi Rusiya ilə Zəngəzur dəhlizi məsələsində düşmən mövqe tutmağa başlayıb. 

Rusiya Prezidenti Putinin Bakıya səfəri çərçivəsində Zəngəzur dəhlizinin açılması barədə verdiyi müsbət mesajlar Tehran rejimini əməlli-başlı qıcıqlandırıb. Artıq neçə gündür ki, İran rəsmiləri yenidən dəhliz məsələsində hay-küy qaldıraraq, onun reallaşmasına imkan verməyəcəklərini bəyan edirlər

Qeyd edək ki, Zəngəzur dəhlizi məsələsində ABŞ başda olmaqla Qərbin, Çin və Rusiyanın mövqeləri demək olar ki, üst-üstə düşür. Bu geosiyasi mərkəzlərin hər biri sözügedən koridorun açılmasında maraqlıdır. Çünki onun reallaşması iqtisadi baxımdan hər bir tərəf üçün əlverişlidir. 

Bir təkcə İran hələ də Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab etməkdə davam edir. İran onu özünün təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükə hesab edir. 

Görəsən, İran Zəngəzur dəhlizinə görə bütün dünyaya zidd hərəkət edəcək? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, İranın Zəngəzur dəhlizi ətrafında siyasi ajiotaj və sabotaj yaratmasının əsl səbəbi tamamilə başqadır:

“Bu sadəcə dəhliz və regionda sərhədlərin dəyişdirilməsi məsələsi deyil. Məsələ ondadır ki, İran Zəngəzur dəhlizin açılmasına dəhliz məsələsindən qat-qat böyük məsələ kimi baxır. Çünki Zəngəzur dəhlizi açılarsa İranın Şərqi Azərbaycan ostanı ilə müstəqil Azərbaycan arasında Tehranın nəzarətindən kənarda olan yeni bir sərhəd formalaşacaq. Bunu isə İran öz milli bütövlüyü üçün təhdid hesab edir. Ancaq bunu açıq şəkildə dilə də gətirə bilmir. 

Çünki hesab edir ki, məsələnin bu şəkildə ictimailəşməsi ilə İranda yaşayan çoxmilyonlu azərbaycanlılar məhz Zəngəzur dəhlizinin açılmasında israr edə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan növbəti TƏXRİBATÇI AÇIQLAMA: "Zəngəzur dəhlizi açılmayacaq" - FOTO


Ona görə də Tehran mövzunu manipulyasiya edir və onu Ermənistan üzərindən Qara dənizə çıxmaq imkanı kimi təqdim edir. Amma Ermənistanın Qara dənizə çıxışı yoxdur. Bu yalnız Gürcüstan üzərindən baş tuta bilər. Qara dənizə çıxmaq İran üçün şərtdirsə, onu Azərbaycan üzərindən də həyata keçirə bilər. Ermənistan üzərindən Gürcüstan vasitəsilə Qara dənizə keçəcək yol isə yükdaşımalar üçün münasib deyil və Azərbaycan üzərindən keçən yolla müqayisə də edilə bilməz”. 

H. Babaoğlu deyir ki, İran məsələni həm də beynəlxalq hüquqa hörmət və sərhədlərin dəyişilməzliyi problemi kimi qoymağa çalışır:

“Tehran dəhlizin açılmasına öz nəzarətindən kənarda İran vətəndaşı olan azərbaycanlılarla Azərbaycan Respublikası vətəndaşları arasında yaxınlaşma, sosial, siyasi-mədəni əlaqələrin bərpası kimi baxır. İran dövləti həm də orada yaşayan azərbaycanlılar sayəsində baş tutmuş bir dövlətdir. İranın ərazi bütövlüyünü dəstəkləyirik. Amma eyni zamanda, İranda yaşayan azərbaycanlıların müsətqil Azərbaycanla əməkdaşlığını, mədəni əlaqələrinin mövcud olmasını da şiddətlə arzu edirik. İranda yaşayan azərbaycanlılar məsələyə bir də bu kontekstdə baxsın. Çünki onlar da İranın daxili və xarici siyasətinin formalaşmasında mühüm əhəmiyyətli faktordur”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin