Simonyan: Zəngəzurda yola nəzarətin özəl şirkətə verilməsi suverenliyi pozmayacaq

Hazırda oxunan: Simonyan: Zəngəzurda yola nəzarətin özəl şirkətə verilməsi suverenliyi pozmayacaq

210660

Naxçıvanla Azərbaycan arasında gələcək kommunikasiyaların Zəngəzur vasitəsilə özəl şirkətə ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, bu cür funksiyaların hansısa təşkilata verilməsi təcrübəsi var:

"Baş verərsə, bu, Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənəcək. Ancaq hələlik bununla bağlı heç bir qərar qəbul edilməyib”.

Simonyan qeyd edib ki, bu məsələdə Ermənistanın suverenliyi ilə bağlı heç bir problem görmür, çünki hər şey “bayraq altında və Ermənistan qanunları çərçivəsində” həyata keçiriləcək.

Nümunə olaraq o, Ermənistanın İran və Türkiyə ilə sərhədində rus sərhədçilərinin olmasını nümunə göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin