İrəvanda oğurlanan amerikalı iş adamının arvadı Qazaxla sərhəddə tapıldı - TƏFƏRRÜAT

Hazırda oxunan: İrəvanda oğurlanan amerikalı iş adamının arvadı Qazaxla sərhəddə tapıldı - TƏFƏRRÜAT

210634

İrəvanda oğurlanan amerikalı iş adamının 55 yaşlı arvadı Qazax rayonu ilə sərhəddə yerləşən Tavuş bölgəsində tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı shamshyan.com saytı yayıb.

Qeyd olunur ki, dünən sentyabrın 8-də polis, müstəntiqlər və Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları bir neçə günlük genişmiqyaslı əməliyyat-axtarış və istintaq hərəkətlərindən sonra məşhur amerikalı biznezmeninin arvadını oğurlayanları aşkar ediblər.

Saytın məlumatına görə, polis bir neçə qrupa bölünərək onlarla ünvanı yoxlayıb və bu gün bir neçə saat əvvəl Zvartnots hava limanında ölkəni tərk etməyə cəhd edən 3 şübhəlini saxlayıb.

Şübhəlilər kriminal polis idarəsinə, sonra isə İrəvan İstintaq İdarəsinə aparılıb.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, polis və MTX-nin əməkdaşlarının sayəsində Tavuş vilayətinin kəndlərindən birində qaçırılan qadın aşkarlanıb.

Məlum olub ki, qadını qaçıranlar onun əri ilə yaxın münasibətdə olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin