Zəngəzur dəhlizi İranı niyə “yandırır”? - VİDEO

Hazırda oxunan: Zəngəzur dəhlizi İranı niyə “yandırır”? - VİDEO

210589

“Bir ay yarımdır ki, İranın yeni prezidenti var – Məsud Pezeşkian. Seçki günlərində azərbaycanlı olması ilə fəxr etdiyini deyirdi. İndi isə ondan səs çıxmır. İranda az qala hamı Azərbaycandan nəsə danışır, bircə Pezeşkiandan başqa. Hər halda prezident seçildiyindən bəri mən onun Azərbaycan haqqında mühüm nəsə dediyini eşitməmişəm. Pezeşkian hakimiyyətə gələndə Azərbaycanda bir ümid var idi. Tehran-Bakı münasibətləri əvvəlkindən daha yaxşı olacaq. Amma Pezeşkianın Cənubi Qafqaz ölkələrindən görüşdüyü ilk lider Paşinyan oldu. Məncə artıq şərhə ehtiyac yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun Xəbər” proqramında yer alıb.

Aparıcı qeyd edib ki, Tehranın Bakıya münasibətində heç nə dəyişmədiyini yeni xarici işlər naziri Abbas Əraqçi də sübut edir:

“İrəvanı yeni müharibəyə hazırlayanlardan biri də elə Tehrandır. Bir yandan silahlandırır, digər yandan sərhədlərin dəyişdirilməsini qırmızı xətt hesab edir. Abbas Əraqçidən indi, bu sualı verərdim: cənab Əraqçi, Ermənistan 30 ilə yaxın Azərbaycanın sərhədlərini dəyşdirəndə bu, İran üçün qırmızı xətt deyildi? Və ya Zəngəzur dəhlizi sizi niyə bu qədər narahat edir? Tehranda çox əmindirlər ki, Zəngəzur dəhlizi açılmayacaq. İran mediası onu xəyali dəhliz də adlandırır. İranda düşünürlər ki, Rusiyanınn Zəngəzur dəhlizi istəyi onların dostluğuna ziddir. Maraqlısı odur ki, Rusiya İranın bu bəyanatlarına reaksiya vermir. Görünür, Ukrayna məsələsində Tehranın dəstəyi Moskvanın dilini qısa edib. Bütün bunlar isə ən çox Ermənistanın ziyanınadır. Bitməyən Zəngəzur dəhlizi mübahisəsi, natamam sülh sazişi təklifi, mövqelərimizin tez-tez atəşə tutulması, separatçıların baş qaldırmaq sevdası. Sentyabrın 8-ci günüdür. Son 3 ilin sentyabrı Ermənistan üçün qara gəlib. Məşhur məsələ görə, atalar üçdən deyib. Amma görünür ermənilər üçün yox”.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin