Ermənistan TƏXRİBAT HAZIRLIĞINDA – Bu istiqamətdə ordu CƏMLƏŞDİRİLİR

Hazırda oxunan: Ermənistan TƏXRİBAT HAZIRLIĞINDA – Bu istiqamətdə ordu CƏMLƏŞDİRİLİR

210127

Ermənistan  Qafan istiqamətindəki şərti sərhəddə yeni hərbi hissə yaradıb. Bununla bağlı peyk vasitəsilə fotolar da yayılıb. 

Bundan əlavə, son dövrlərdə sərhəddə atəşkəsin pozulması hallarına da tez-tez rast gəlinir. Belə ki, sentyabrın 4-də Naxçıvan istiqamətində, 5-də isə Kəlbəcərdə mövqelərimiz atəşə tutulub. Üstəlik Ermənistan Qərb ölkələrindən və Hindistandan silah tədarükünü də artırıb.

Baş verənlər fonunda İrəvanın növbəti təxribatlara hazırlaşdığı şübhə doğurmur. 

Bəs Ermənistan növbəti təxribatları hansı istiqamətdə olacaq?
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirildi - VİDEO


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AMİP sədri Arzuxan Əlizadə yaranmış situasiyaya əsasən düşünür ki, Ermənistanın növbəti təxribatı Zəngəzur istiqamətində olacaq:

“Ermənistan son dövrlərdə ona havadarlıq edən bir sıra güclər hesabına hərbi arsenalını artırmaqdadır. Xüsusən də Fransa, Hindistan və İrandan silah-sursat alır. Bundan başqa, ABŞ-la birlikdə Zəngəzur istiqamətində hərbi təlimlər keçirilir. Görünən də odur ki, hər silah alışından sonra Ermənistanın ritorikası da dəyişir. Tezliklə sülh müqaviləsi bağlanılmasının mümkünlüyü və vacibliyindən danışan erməni rəsmiləri də artıq ritorikalarını dəyişib. 

Onlar vaxtı uzatmaqla məşğuldurlar. 

Ermənistan konstitusiyasının yalnız 2027-ci ildə dəyişə biləcəyini vurğulayırlar. Halbuki, Paşinyan erməni cəmiyyətinə qısa müddət ərzində konstitusiya dəyişikliyinin vacibliyi fikrini aşılamağa çalışırdı. Təbii ki, silahlanmanın artması fonunda İrəvan tərəfindən təxribatların arta biləcəyi də istisna deyil. Əvvəlki dövrün təcrübəsindən çıxış edərək deyə bilərik ki, ermənilər zaman-zaman, imkan düşdükcə, silahlandıqca Azərbaycana yönəlik təxribatları da artır. Amma hər dəfə də ermənilər özləri törətdikləri bu cür təxribatların ziyanını çəkirlər. Azərbaycan erməni təxribatlarını önləməklə yanaşı, eyni zamanda, düşmən mövqelərinə zərbələr endirməklə onları zaman-zaman susdurub”. 

Ekspert qeyd edir ki, Ermənistan əsas gücünü hazırda Zəngəzur istiqamətində cəmləyir: 

“Ermənistanın növbəti təxribatının Zəngəzur istiqamətindən ola biləcəyi istisna edilmir. Çünki düşmənin əsas gücü məhz bu istiqamətdə təmərküzləşib. Bununla bağlı peyk çəkilişləri də var. Təbii ki, Azərbaycan bütün bu təxribatları önləməyə qadirdir. Düşmənin təxribatlarına adekvat cavab veriləcək. Beynəlxalq hüquqa müvafiq olaraq Azərbaycan təxribat nöqtələrini susdurmaq və lazım gələrsə, təhlükəsizlik zonası yaratmaq hüququna da malikdir. Azərbaycan tərəfi erməni təxribatlarına qarşı bu cür qabaqlayıcı tədbirləri həyata keçirmək qüdrətindədir”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin