"Fəlakəti görən və onu sakitliklə gözləyən ilk dövlət olacağıq" - Erməni ekspert

Hazırda oxunan: "Fəlakəti görən və onu sakitliklə gözləyən ilk dövlət olacağıq" - Erməni ekspert

Vaqa Ovannisyanın mövzuya dair bəyanatları. Ermənistanın siyasi problemləri və inkişafı ilə bağlı müraciətləri.
209918

Vəziyyətimizi və planlarımızı belə qeyri-ciddi və səthi təqdim etməyə davam etsək, bir müddətdən sonra 21 sentyabrı da 2 sentyabr kimi elə-belə qeyd etməyə başlayacağıq.

Bizim.Media xəbər verir ki, bu barədə “Alternativ layihələr” qrupunun üzvü, erməni ekspert Vaqe Ovannisyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, sentyabrın 21-nə sayılı günlər qalıb:

"Gəlin o vaxtadək bəzi çətin suallara mümkün qədər dürüst cavab vermək və rasional həllər tapmaq üçün istifadə etməyə çalışaq.

Necə oldu ki, müstəqil dövlətin mövcudluğunun 33-cü ilində siyasi-ictimai proseslərə bir din xadimi rəhbərlik edir? Bu, dövlətin dərin uğursuzluqlarından xəbər verir. 
 

Formal olaraq bizdə hər şey var idi: Konstitusiya, qanunlar, hökumət strukturları, partiyalar, proqramlar, təhlükəsizlik konsepsiyası, milli arzu, bəyan edilmiş məqsədlər və s. Və birdən məlum oldu ki, bunların hamısı uydurmadır.


Bizi öz ölkəmizdə etnik təmizləmə aparmaq, dövlətçiliyimizi məhv etmək təhlükəsi gözləyir. İşlərin yarısı bitib, sona çatdırmağa hazırlaşırlar.

Biz fəlakəti görən və onu sakitliklə gözləyən ilk dövlət olacağıq. Bütün bunlar isə nə parlamentin, nə də  siyasi institutların vecinə deyil, formal olaraq fəaliyyət göstərirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin