Bilindiyi kimi, “Franck Muller Group” şirkətinin ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vecnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunur.
Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən İsveçrə şirkəti son bir neçə ildə 385 milyon dollar dəyərində sərvətimizi talayıb Ermənistan ərazisində emalı ilə məşğul olub.
Hazırda “Franck Muller Group” şirkətinin Ermənistanda bank, inşaat sektorlarına yatırdığı sərmayə 250 milyon dollardan çoxdur.
Məlumatlara görə, Vartan Sirmakes (Frank Muller Qrupunun CEO-su) işğal altında olan Qarabağda 999,9 əyyarlıq qızıl külçələrin satışını həyata keçirir. Bu külçələr qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılaraq mənimsənilib.
Sirmakes, həmçinin Azərbaycanın Xankəndi şəhərində "Qarabağ" adlı otel tikdirib. Otelin tikintisinə 1,5 milyon dollar sərmayə qoyub.
Daha sonra Qarabağda zərgərlik fabriki açıb. Həmçinin o “ArmSwissBank”ın rəsmi təsisçisidir, bundan başqa Azərbaycanın işğal olunmuş ərazilərində “ArtsakhBank"ı təsis edib.
Vartan Sirmakes kimdir?
Şirkətin əsasını isveçrəli saatsaz Franck Müller qoyub.1991-ci ildən isə Türkiyə doğumlu erməni Vartan Sirmarkes ortaq kimi Müllerə qoşulub. Sonra şirkətin baş direktoru, 2003-cü ildə keçmiş sahibini çıxılmaz duruma düşürərək, bütün səhimləri alır və tam sahiblik hüququ qazanır. Vartanın şirkəti ələ keçirmək üçün bəzi qara əməlləri o dövr mətbuatında da işıqlandırılıb.
Sonradan V.Sirmakes Ermənistana gəlir, "ArmSwisBank"ı təsis edir və Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. O, 7 brendə və 14 istehsalat müəssisəsinin sahibidir.
Atasının imkanlarından fayfdalanan oğlu Sasun Sirmarkes də saat istehsalı ilə məşğul olur. "Cvstos" brendi ilə məşhurlaşan bu saatların qızıl korpusları Ermənistanda Azərbaycan qızılı ilə hazırlanır. "Cvstos" əsasən əl işidir və qiyməti 50 min avrodan başlayır.
Azərbaycan qızılının hesabına varlanan Vartan Sirmakes bir çox ölkələrədə, o cümlədən Belarusa da sərmayə qoyub.
Bu ölkədə onun bankı və “Luç” saat zavodu ilə ortaqlığı var. Belarus mətbuatının yazdığına görə, Sirmakes bu ölkəyə 170 milyon dollar civarında sərmayə yatırıb və Belarusun BSB Bаnкı dа zaman-zaman tamailə onun ixtiyarına keçib.
Sirmakesin araçılığı ilə Azərbaycan sərvətlərinin genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları da cəlb edilib.
Sirmakes Zəngilanda nə edirdi?
Vartan Sirmakesin iştirak etdiyi layihələrdən biri də Azərbaycanın işğal altındakı Zəngilan bölgəsindəki Vecnəli qızıl yatağının istismarıdır. Onun Kəlbəcərdəki qızıl yatağının istismarında da əli var.
Erməni iş adamına qarşı işğal olunmuş ərazilərdəki qanunsuz fəaliyyətinə görə, hələ 2015-ci ildə Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb, o, beynəlxalq axtarışa verilib.
Azərbaycan tərəfi Sirmarkesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istisrmarında iştirakı ilə bağlı kifayət qədər faktlar toplayaraq İsveçrə Kanfederasisiyası Baş Prokurorluğuna təqdim edib. İsveçrə hökuməti isə buna uzun müddət susmaqla cavab verib.
Hazırda Sirmakes 14 istehsalat müəssisəsinə sahibdir, rəhbərliyi altında 800-dən çox işçi çalışır, 7 brend onun səlahiyyətindədir.
Bundan əlavə, iş adamı İsveçrədə erməni icmasının əsas maliyyə donorudur, Ermənistan iqtisadiyyatının ən böyük sərmayəçisi, həmçinin Qarabağdakı qanunsuz rejimin maliyyə dəstəkçilərindən biridir.
Bizim.Media
- A-
- A
- A+
Region
11:16 / 06.11.2020
Azərbaycandan 385 milyon dollar oğurlayan iş adamı kimdir?
Hazırda oxunan: Azərbaycandan 385 milyon dollar oğurlayan iş adamı kimdir?
Hazırda oxunan: Azərbaycandan 385 milyon dollar oğurlayan iş adamı kimdir?
2099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.