Ermənistan Azərbaycanla sərhəd razılaşmasını müzakirə edəcək – BU TARİXDƏ

Hazırda oxunan: Ermənistan Azərbaycanla sərhəd razılaşmasını müzakirə edəcək – BU TARİXDƏ

Ermənistan Nazirlər Kabineti sentyabrın 5-də Azərbaycanla sərhəd razılaşmasını müzakirə edəcək. Delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqındakı əsasnaməni nəzərdə tutacaq.
209631

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.

Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin