Ermənistan Baş naziri: “Minsk qrupunun buraxılması məqsədəuyğundur”

Hazırda oxunan: Ermənistan Baş naziri: “Minsk qrupunun buraxılması məqsədəuyğundur”

209255

Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, - o deyib.

Paşinyanın sözlərinə görə, bütün məsələlər zamanla bağlıdır:

“Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin