Paşinyan: “Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram”

Hazırda oxunan: Paşinyan: “Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram”

Paşinyan: "Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram" - Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazır olduğunu bildirib.

209242

“Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram”.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

O deyib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub:

“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin