Bir müddət əvvəl Gürcüstan gömrükçüləri Rusiyadan Ermənistana humanitar yardım adı altında gedən tırları, sərhəddən buraxmayaraq geri göndərib. Buna səbəb isə tırlarda olan 2 min ədəd gülləkeçirməyən gödəkçələr, əl qumbaralarının (qaz və.s) humanitar yardım sayılmaması oub.
Lakin gizli mənbələrin verdiyi məlumatlara görə, həmin o “humanitar yardım” Ermənistanın baş nazir əvəzi Paşinyanın təyyarəsi ilə İrəvana çatdırılıb. Həm də ermənilər bununla Beynəlxalq Mülki Aviasiya və Normaları haqda Çikaqo Konvensiyasını kobud şəkildə pozaraq qanunsuz yükü Gürcüstan üzərindən daşıyıb.
Belə ki, aprelin 29-da Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyində iştirak etmək üçün dövlət təyyarəsi ilə Kazana uçub. Az keçmədən isə erməni mətbuatı dövlət təyyarəsində nasazlıq yarandığını yayıb.
Nikol Paşinyan isə aprelin 30-da başqa bir təyyarə ilə Yerevana qayıdıb. Təyyarə isə Kazanda təmirə saxlanılıb.
Məlumatlarda qeyd olunur ki, baş nazirin təyyarəsi Kazandan yalnız mayın 5-də uçub. Təyyarə havaya qalxdıqdan sonra saat 13:13-də Şimali Osetiyanın mərkəzi Vladiqafqaza qısamüddətli eniş edib və 4 saata yaxın orada qalıb. Daha sonra Gürcüstan üzərindən Yerevana gedib. İddia olunur ki, “humanitar yardım” da Vladiqafqazda yüklənərək məhz bu təyyarə ilə İrəvana çatdırılıb. Dünya mətbuatında Paşinyanın təyyarəsinin uçuş xəritəsinin görüntüləri də yayımlanıb. Buradan da görünür ki, reys Gürcüstan üzərindən həyata keçirilib.
Bizim.Media məsələlərlə bağlı politoloq Cümşüd Nuriyevdən izah istəyib. O, məsələni şərh edərkən bildirib ki, əslində Ermənistanda hazırda hakimiyyətsilikdir, qarşıda isə seçkilər var.
Paşinyan ölkədə baş verəcək vəziyyət üçün hazırlıq görür. Onun revanşistlərlə, hakimiyyətə can atan qüvvələrlə ciddi döyüşü gözlənilir. Bu tədarük də onun üçündür.
Politoloq bildirir ki, əslində bu yükün xarakteriskası quru yolu ilə gətirilən zaman hələ Gürcüstanda olarkən açıqlanmışdı. Orada çoxlu zirehli görəkçələr, əlqumbaraları, (qaz və s.) vardı.
Onun sözlərinə görə, göründüyü kimi sadalanan bu hərbi yüklər çox güman ki, böyük masştaplı müharibəyə yox, ölkədaxili ixtişaşlar üçün nəzərdə tutulub.
“Ermənistanda çox çirkli və təhlükəli oyunlar oynalınır. Orada gedən proseslərdən görünür ki, çox ciddi və peşəkarcasına bir ssenari hazırlanıb. Ermənistanın keçmiş ombudsmanı Tanoyanın birdən –birə istefa verib baş nazir olmaq istəyi ilə gündəmə gəlməsi bunun bariz göstəricisidir. Bəzi qüvvələr Ermənistanda hökm sürən xaosdan istifadə edib, ölkə daxilində hakimiyyət uğrunda qarşıdurma yaratmaq niyyətindədir. Ona görə də özlərinə lazım olan dəstələri silahlandırmağa maraqlıdırlar. Bu əvvəlcədən düşünülmüş bir siyasi gedişdir. Birdən birə reanimasiyada olan ATƏT-in gündəmə gətirilməsi, Makronun çalışmaları, ABŞ-ın fəallığı da buna bir nümunədir”.
Cümşüd Nuriyev həmçinin İrəvana daşınan “humanitar yardım” iddiaları öz sübutunu taparsa, Azərbaycan tərəfinin mütləq şəkildə bəyanatla çıxış etməli olduğunu da deyib:
“Əgər onlar Gürcüstan hava sərhədini pozub bu yükü həqiqətən də İrəvana yollayıblarsa, bu ciddi bir ittihamdır. Bu iş sübuta yetirilsə, Azərbaycanın müvafiq orqanları xüsusilə Xarici İşlər Nazirliyi yükün daşınmasına yardım edən ölkələrə bəyanat verməlidir. Bu bir mənalıdır”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Region
13:47 / 12.05.2021
Paşinyanın təyyarəsində gətirilən silahlar – İrəvanda vətəndaş müharibəsinə hazırlıq gedir
Hazırda oxunan: Paşinyanın təyyarəsində gətirilən silahlar – İrəvanda vətəndaş müharibəsinə hazırlıq gedir
Hazırda oxunan: Paşinyanın təyyarəsində gətirilən silahlar – İrəvanda vətəndaş müharibəsinə hazırlıq gedir
20923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.