Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) keçmiş hərbi qulluqçunu dövlətə xəyanət ittihamı ilə həbs edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
MTX zabitləri aşkar ediblər ki, Silahlı Qüvvələrin strukturunda bir sıra yüksək vəzifələrdə çalışan, gizli sənədlərə və məlumatlara sahib olan keçmiş hərbçi Azərbaycan xüsusi xidmət orqanlarına pul qarşılığında informasiya verib.
O, Gürcüstana səfəri zamanı Azərbaycan kəşfiyyatının təsir dairəsinə düşüb və Silahlı Qüvvələr, silahlar və s. haqqında məlumat toplamaq üçün konkret tapşırıqlar alıb.
Maddi problemlərini gizli məlumatları sataraq həll etmək niyyətində olan keçmiş hərbçi Ermənistan və qondarma Qarabağ rejiminin “Silahlı Qüvvələri”nin bölmələrinin şəxsi heyəti, yerləri, silahları, avadanlığı, döyüş planları və digər məlumatlar barədə məlumat əldə edib.
Bütün sənədləri o, evdə saxlayıb. Ermənistan Silahlı Qüvvələrindəki və Qarabağın “Müdafiə Ordusu”ndakı tanışlarından istifadə edərək vaxtaşırı məlumat toplamaq üçün hərbçilərlə görüşüb və daha sonra Gürcüstandakı kəşfiyyat zabitlərinə ötürüb. Onlarla görüşlər Azərbaycan səfirliyinin ərazisində və digər yerlərdə baş tutub.
Bundan əlavə, o, dostu ilə birlikdə tankistlər üçün 200-dən çox qulaqlıq (şlemofon) alaraq ölkəyə idxal edib və xarici vətəndaşa 7,5 milyon drama (14,3 min dollar) satıb.
Üstəlik, qanunsuz olaraq mindən çox patron və F-1 əl qumbarası alıb. Keçmiş hərbçiyə qarşı ittihamlar irəli sürülüb. Onun həbs edildiyi deyilir.
Xatırladaq ki, mart ayında Ermənistan parlamenti casusluq və xəyanətə görə cəzanın sərtləşdirilməsinə dair qanun layihəsini təsdiqləmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
12:02 / 12.05.2021
İrəvan ŞOKDA: Erməni hərbçi Azərbaycana casusluq edib?
Hazırda oxunan: İrəvan ŞOKDA: Erməni hərbçi Azərbaycana casusluq edib?
Hazırda oxunan: İrəvan ŞOKDA: Erməni hərbçi Azərbaycana casusluq edib?
20914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.