Sərhəddə Ermənistanın bir çox kəndləri tamamilə boşalıb - Kütləvi köçə səbəb nədir?

Hazırda oxunan: Sərhəddə Ermənistanın bir çox kəndləri tamamilə boşalıb - Kütləvi köçə səbəb nədir?

Azərbaycanla sərhəddə Ermənistanın bir çox kəndləri tamamilə boşalıb. Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının sakinləri kütləvi şəkildə evlərini tərk edirlər. Səbəbləri arasında 44 günlük Qarabağ müharibəsi, sosial problemlər və yoxsulluq göstərilir.

208732

Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarının - Basarkeçər (Qeqarkunik), Tavuş və Zəngəzur (Sünik) sakinləri kütləvi şəkildə evlərini tərk edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Statistika Komitəsi yayıb.

Mənbə qeyd edir ki, son beş ildə bu ərazilər 40 minə yaxın insanı “itirib”. Bir çox kəndlər tamamilə boşalıb.
 

Erməni mətbuatı bu köçün səbəblərini dərin məyusluq, gələcəyə dair qeyri-müəyyənlik, təhlükəsizlik narahatlığı və yığılmış sosial problemlərlə izah edirlər.


Gedənlər yaxınlarına etiraf edirlər ki, 44 günlük Qarabağ müharibəsindən sonra sərhəd bölgələrində qorxu və bədbinlik daha da güclənib və bu, kütləvi köçə səbəb olub.

Kəndlərdə qalanlar isə deyirlər ki, insanlar müharibədən sonra məyus olduqları üçün bölgəni tərk edirlər. Ən zəruri şeylər belə çatışmır.

Statistikaya görə, 2019-cu ilin yayında Basarkeçərdə 230 minə yaxın insan yaşayıb. Lakin pandemiya, 44 günlük müharibə və Azərbaycanla sərhəddəki müntəzəm toqquşmalar vəziyyətə xeyli təsir edib: regionun əhalisi 13 min nəfər azalıb.

Sakinlər şikayətlənirlər ki, həyat getdikcə çətinləşir: insanlar yoxsullaşır, fəlakətli pul çatışmazlığı var.

Sevan sakinləri qeyd edirlər ki, gənclərin əksəriyyəti İrəvana köçməyə üstünlük verir, çünki Sevanda iş yeri çox azdır, dövlət müəssisələri isə ümumiyyətlə yoxdur.

Rəsmi statistikaya görə, Basarkeçər Ermənistanın ən yoxsul rayonlarından biridir: burada hər üçüncü şəxs yoxsulluq həddində yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin