Ötən il İranın paytaxtı Tehran şəhərində küçənin ortasında qətlə yetirilən gənc oğlanın öldürülməsi ilə bağlı işin istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hamshahri Online” nəşri yayıb.
Məlumata görə, Tehranda çayxana sahibi olan Əli adlı şəxs ilan ovçusu olan qatil tərəfindən pulla öldürülüb.
Paylaşılan videogörüntüdə isə təqsirkarın gəncin bədəninə ilan zəhəri vuraraq həyatına son qoyduğu sübut edilib.
İstintaqın nəticələrinə görə, öldürülən Əlinin əmisi ilə arasında 40 milyard tümən (947 min 137 $) mübahisəsi olub və onu öldürmək planını da elə gəncin əmisi qurub. Cinayətkar isə məhkəmədə etiraf edib ki, qurbanın əmisi onu ilan zəhəri ilə öldürməsini istəyib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:52 / 27.08.2024
Film kimi qətlin detalları üzə çıxdı - Cinayət aləti ilan zəhəri olub
Hazırda oxunan: Film kimi qətlin detalları üzə çıxdı - Cinayət aləti ilan zəhəri olub
Hazırda oxunan: Film kimi qətlin detalları üzə çıxdı - Cinayət aləti ilan zəhəri olub
Kinosayağı qətlin detalları üzə çıxdı - Cinayət aləti ilan zəhəri olub. İranın Tehran şəhərində yaşanan cinayət hadisəsi ilə bağlı detallar ortaya çıxdı. Cinayət işlə bağlı istintaq nəticələri paylaşıldı.
208655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.